Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən keçirilən “Kənddən Şəhərə” həftəsonu yarmarkası fəaliyyətini davam etdirir.
Operativ Media Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, növbəti yarmarka 22-23 fevral tarixlərində keçirləcək və 20-dən artıq rayondan 50-dən çox fermerin iştirakı gözlənilir.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 160-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.