AZ

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük vəTəchizat” ASC tərəfindən keçirilən “Kənddən Şəhərə” həftəsonuyarmarkası fəaliyyətini davam etdirir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə bildirilib ki, növbəti yarmarka 22-23fevral tarixlərində keçirləcək və 20-dən artıq rayondan 50-dən çoxfermerin iştirakı gözlənilir. Yarmarkanın təşkilində əsas məqsədyerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamandaşəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğunşəkildə təmin etməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlifregionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 160-dan artıqçeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyatakeçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinəAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək,yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyətgöstərəcək.

“Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər+994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanınsosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Qeyd edək ki, həftəsonu yarmarkaları mart ayının əvvəlinə qədərdavam edəcək və yarmarkada iştirak edəcək fermerlər ödənişsizşəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təminolunacaqlar.

Seçilən
34
11
az.trend.az

10Mənbələr