AZ

Paytaxtda növbəti “Kənddən şəhərə” yarmarkası keçiriləcək

22-23 fevral tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-dən artıq rayondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər müxtəlif çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Seçilən
37
10
vergiler.az

10Mənbələr