AZ

Politoloq: "Tramp zəhmət çəkməsin, məsələni özümüz həll edərik"

"ABŞ-nin Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib ki, Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var. 

“Ümid edirəm ki, Tramp öz töhfəsini vermək istəyir”,- deyən Brayza Trampın hələ Vaşinqtonda öz hakimiyyətini gücləndirməyə və Ukrayna ilə Rusiya arasında sülhə diqqət yetirdiyini bildirib".

"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq əlavə edib ki, Trampın son bir ayda verdiyi açıqlamaları, qərarları, o cümlədən Ukrayna haqqında söylədiklərini müşahidə etdikdən sonra Ağ Ev sahibinin Azərbaycanla Ermənistan arasında sülh yaratmaq üçün vasitəçiliyinə ehtiyac olmadığı görünür:

"Zəhmət çəkməsin. Ermənistanla aramızdakı məsələni özümüz həll edərik, Trampın “töhfəsinə” ehtiyac yoxdur.

Tramp Panama kanalı, Qrenlandiya, Kanada, müxtəlif dövlətlərə qarşı rüsumlarla məşğul olsun, Rusiya və Çinlə danışıqları davam etdirsin, Ağ Ev sahibini Cənubi Qafqazdakı problemlərin timsalında əlavə mövzu ilə yükləmək düzgün deyil". 

Seçilən
13
1
cebheinfo.az

10Mənbələr