AZ

ABŞ Ukraynanın “Starlink” peyk internet sisteminə çıxışını bağlamaq istəyir

Kiyev nadir torpaq metallarının tədarükü ilə bağlı şərtlərlə razılaşmasa, ABŞ Ukraynanın SpaceX-in Starlink peyk internet sisteminə çıxışını məhdudlaşdırmağı düşünür.

AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Bu məsələ Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ın maliyyə naziri Skott Bessentin ilkin təklifini rədd etməsindən sonra yaranıb.

Starlink internet bağlantısının təmin edilməsində və Ukraynanın hərbi əməliyyatlarının dəstəklənməsində mühüm rol oynayır. ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və Vladimir Zelenski arasında son danışıqlar zamanı nadir torpaq metalları ilə bağlı razılaşma olmadığı təqdirdə Starlink-in bağlanması təhlükəsi müzakirə olunub.

Seçilən
12
9
azpost.info

10Mənbələr