Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın maliyyə nazirinin mədən sazişi ilə bağlı ilk təklifini rədd etdikdən sonra "Starlink" çıxışının gələcəyi ABŞ-Ukrayna danışıqlarında müzakirə edilib.
Axar.az xəbər verir ki, bu barədə mənbələr “Röyters”ə bildirib.
Qeyd edilib ki, cümə axşamı Zelenski ilə görüşdə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın kritik minerallarla bağlı razılığa gəlmədiyi təqdirdə "Starlink" xidmətinin kəsilə biləcəyi mesajını verib.
Nəşr xatırladıb ki, 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayanda İlon Mask Ukraynaya minlərlə "Starlink" terminalı göndərib.
ABŞ-ın bu addımı müharibə zamanı kritik kommunikasiya infrastrukturunu siyasi təzyiq aləti kimi istifadə cəhdi olaraq dəyərləndirilir.