AZ

ABŞ-dan dəhşətli qərar: Ukraynanın peyk-internet sistemi söndürülür…

ABŞ minerallarla bağlı məsələyə görə Ukraynanı “Starlink”siz qoya bilər.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Kiyevə minerallarla bağlı təzyiq göstərən amerikalı vasitəçilər Ukraynanı həyati əhəmiyyətli peyk-internet sistemindən – “Starlink”dən məhrum qoymağı təklif ediblər.

Agentlik bu barədə məlumatı üç mənbədən aldığını bildirir.

Bu məsələ Ukrayna Prezidenti Volodimir Zelenskinin minerallarla bağlı təklifi rədd etməsindən sonra gündəmə gəlib.

Qeyd olunur ki, “Starlink” Ukrayna hərbçiləri üçün əlaqə saxlamaq vasitəsi kimi həyati əhəmiyyət daşıyır.

Bir neçə gün əvvəl ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla Zelenskinin görüşü zamanı bu məsələ bir daha qaldırılıb.

Ukrayna prezidentinə minerallarla bağlı saziş imzalanmadığı təqdirdə servisin söndürülə biləcəyi ilə bağlı məlumat verilib.

“Ukrayna “Starlink” istifadə edir, onu özünün qütb ulduzu hesab edir. “Starlink”i itirmək Ukrayna üçün çox böyük zərbə olacaq”, – adının çəkilməsini istəməyən mənbə qeyd edib.

Volodimir Zelenski ABŞ-ın təzminat qismində 500 milyard dolları minerallarla ödəmək təklifini rədd edib. Bunu da ABŞ-ın təhlükəsizliklə bağlı heç bir zəmanət verməməsi ilə əsaslandırıb.

Ötən gün Ukrayna prezidenti ABŞ və Ukraynanın saziş üzərində işlədiklərini bildirib. Tramp da tezliklə sazişin imzalanacağına ümidvar olduğunu qeyd edib.

Mask Rusiyanın məhv etdiyi əlaqə sistemlərini əvəz etsin deyə təcili olaraq “Starlink”in minlərlə terminalını 2022-ci ilin fevralında Ukraynaya köçürüb, lakin həmin ilin payızında ən azı bir dəfə sistemə girişi məhdudlaşdırıb.

Şənbə günü Polşa Baş nazirinin müavini “Starlink”ə Ukrayna üçün ödəniş etdiyini və bundan sonra da ödənişi davam etdirəcəyini deyib.

Atlantik Şurasının baş elmi işçisi Melinda Harinq internet əlaqənin Ukrayna üçün PUA-ların idarə edilməsində açar vasitə olduğunu bildirib.

“Starlink”in itirilməsi oyunun qaydalarını dəyişəcək”, – Harinq deyib. Eyni zamanda o, hazırda Ukrayna dəniz pilotsuz təyyarələri və müşahidə pilotsuz uçan aparatlarından tutmuş uzun mənzilli pilotsuz uçuş aparatlarına qədər geniş çeşiddə müxtəlif dron imkanlarına malik olduğunu vurğulayıb.

Agentlik qeyd edir ki, Ukraynanın Vaşinqtondakı səfirliyi, Ağ Ev və ABŞ Müdafiə Nazirliyi məsələ ilə bağlı sorğuya cavab verməyiblər. /globalinfo.az/

Seçilən
13
9
turkustan.az

10Mənbələr