Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XII tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində keçiriləcək. Günün ilk görüşündə MOİK “Xilasedici” ilə qarşılaşacaq. “Murov Az Terminal” isə “Neftçi”ni sınağa çəkəcək.
Yüksək Liqa (kişilər)
25 fevral
XII tur
14:00. MOİK - “Xilasedici”
GİN-in Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” - “Neftçi”
GİN-in Voleybol Mərkəzi
1 | Murov Az Terminal | 11 | 9 | 2 | 28-6 | 27 |
2 | Xilasedici | 11 | 9 | 2 | 28-10 | 26 |
3 | Azərreyl | 11 | 8 | 3 | 27-10 | 25 |
4 | Neftçi | 11 | 5 | 6 | 17-21 | 15 |
5 | MOİK | 11 | 2 | 9 | 6-30 | 5 |
6 | Gənclər | 11 | 0 | 11 | 4-33 | 1 |
Qeyd edək ki, tura “Azərreyl” – “Gənclər” oyunu ilə yekun vurulacaq.
İdman.biz