Bakı. Trend:
Fevralın 26-da Ordubad Rayon Mədəniyyət Sarayında Xocalısoyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbirikeçirilib.
Mərasimdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı RəcəbRəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubadrayonunu təmsil edən deputatlar, hüquq-mühafizə orqanlarının,idarə, təşkilat və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları,icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, müharibəiştirakçıları, qazilər, gənclər və rayon ictimaiyyətininnümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə faciəni əksetdirən sərgi ilə tanış olublar. Burada Xocalı faciəsini əksetdirən fotoşəkillər, sənədlər və digər materiallar nümayişetdirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanınmüstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edənşəhidlərin, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışedərək faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, Xocalısoyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulayıb.O, erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi qətliamınyalnız azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı bircinayət olduğunu bildirib.
İcra başçısı, Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi vəsiyasi qiymət verilməsinin vacibliyini qeyd edərək, Ulu ÖndərHeydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılmasıistiqamətində həyata keçirdiyi mühüm işlərdən danışıb, Prezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətənmüharibəsində qazandığı tarixi Zəfər və keçirilən lokal antiterrortədbirləri nəticəsində Xocalı qurbanlarının qisasının alındığınıqeyd edib.
Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusiqayğının, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslıbərpa və quruculuq işlərinin həm də Xocalı şəhidlərinin xatirəsinəehtiramın ifadəsi olduğunu vurğulayıb. Xocalı faciəsininunudulmaması və gənc nəslə çatdırılması üçün ölkə daxilində, eləcədə müxtəlif beynəlxalq platformalarda maarifləndirici konfranslarınhəyata keçirildiyini diqqətə çatdıran icra başçısı, Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyatakeçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasınınəhəmiyyətindən bəhs edib. Kampaniyanın Xocalı həqiqətlərinin dünyaictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığı vurğulanıb.
Daha sonra Ordubad şəhər 1 saylı tam orta məktəbin direktoru,əməkdar müəllim Könül İsmayılova mövzu ətrafında çıxış edib.
Tədbirin sonunda iştirakçılara videoçarx təqdim olunub, Xocalıfaciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Kompozisiyada soyqırım zamanı yaşanan dəhşətli hadisələr, Xocalısakinlərinə qarşı törədilmiş amansızlıqlar səhnələşdirilib vəşəhidlərin xatirəsi ehtiramla yad olunub.