AZ

Qusarda Xocalı soyqırımı ilə bağlı rəsm əsərlərindən ibarət sərgi TƏŞKİL EDİLDİ - FOTO

Qusar rayonunda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayon icra hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbirindən öncə Qusar rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. 

Daha sonra Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının ifasında "Xocalı soyqırımı qan yaddaşımızdır" adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyadan əvvəl Ulu Öndər Heydər Əliyevin, ölkəmizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalıda həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Qarabağ müharibəsinin iştirakçıları , şəhid ailələrinin tədbirdə iştirak edən üzvləri ilə görüşüb, onların yaşayış şəraiti, problemləri ilə maraqlanıb.

Saat 17:00-da isə bütün rayon ərazisində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, gün ərzində Qusar rayonu ərazisində yerləşən mədəniyyət və təhsil müəssisələrində də Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər təşkil olunub. Məktəblərdə ilk dərslər Xocalı hadisələrinə həsr olunub.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
47
46
bizim.media

10Mənbələr