Azərbaycan voleybol millisinin hücumçusu Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub.
Sportinfo.az xəbər verir ki, onun formasını geyindiyi “Vaşaş” ölkə kubokunun finalında KNRC ilə qarşılaşıb.
"Vaşaş" rəqibə 3:1 hesabı ilə qalib gələrək Macarıstan kubokunu qazanıb.
Bu, sözügedən komandanın 5-ci çempionluğudur.