Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, "Trabzonspor" Şenol Günəşlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
72 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Şenol Günəş ötən ilin sentyabr ayında "Trabzonspor"un baş məşqçisi təyin olunmuşdu.
Komanda Super Liqada 26 turdan sonra 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.