AZ

Azərbaycanlı Zeynəb ermənistanlı boksçunu məğlub etdi

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, mundailın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.

54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb.

Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.

Seçilən
16
26
sportinfo.az

10Mənbələr