AZ

Hakimlər otağına girən baş məşqçi 300 manat “tərlədi”

I Liqada çıxış edən "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna mütəxəssisin XVII turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması səbəb olub. Lökbatan klubu 300 manat cərimə edilib.

"İmişli"nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib. O, "Mingəçevir"lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı.

Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat ödəyəcək.

Seçilən
29
5
sportinfo.az

10Mənbələr