Azərbaycanın milli parklarının yerləşdiyi bölgələrdə 15-16 mart tarixlərində ziyarətçiləri günəşli və əlverişli hava şəraiti gözləyir.
Operativ Media Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, Abşeron Milli Parkına səyahət edənləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Səhər və axşam saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25° isti olacaq.
Göygöl Milli Parkına milli parkına səyahət edənləri xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 20-24° isti olacaq.
Şahdağ Milli Parkına səfər etmək istəyən turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 17-22° isti olacaq.
Altıağac Milli Parkına getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 20-24° isti olacaq.
Samur-Yalama Milli Parkına səyahət edən turistləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 27-29° isti olacaq.
Şirvan Milli Parkında da ziyarətçiləri sabit, yağmursuz və günəşli hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 25-27° isti olacaq.
Ağgöl Milli Parkına səfər edənləri sabit, əsasən yağmursuz hava gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 23-26° isti olacaq.
Qızılağac Milli Parkına səfər edəcək səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-23° isti olacaq.
Hirkan Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-24° isti olacaq.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına səfər edən ziyarətçiləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 20-25° isti olacaq.