İstirahət günlərində, yəni martın 15-16-da Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Göygöl Milli Parkında gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-24° isti olacaq.
Şahdağ milli parkında turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 17-22° isti olacaq.
Altıağac Milli Parkında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.
Şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 27-29°isti olacaq.