AZ

İstirahət günlərində milli parklarda hava şəraiti: Gedin, gəzin

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın milli parklarının yerləşdiyi bölgələrdə istirahət günlərində,15-16 mart tarixlərində ziyarətçiləri günəşli və əlverişli hava şəraiti gözləyir.

Abşeron Milli Parkı

Abşeron Milli Parkına səyahət edənləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Səhər və axşam saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25° isti olacaq.

Göygöl Milli Parkı

Milli parka səyahət edənləri xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 20-24° isti olacaq.

Şahdağ Milli Parkı

Altıağac Milli Parkı

Səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 20-24° isti olacaq.

Samur-Yalama Milli Parkı

Şimal bölgəsinə səyahət edən turistləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 27-29° isti olacaq.

Şirvan Milli Parkı

Şirvan Milli Parkında da ziyarətçiləri sabit, yağmursuz və günəşli hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 25-27° isti olacaq.

Ağgöl Milli Parkı

Milli parka səfər edənləri sabit, əsasən yağmursuz hava gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 23-26° isti olacaq.

Qızılağac Milli Parkı

Hirkan Milli Parkı

Cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-24° isti olacaq.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı

Milli parka səfər edən ziyarətçiləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 20-25° isti olacaq. 

"Cebheinfo.az"

Seçilən
59
25
cebheinfo.az

10Mənbələr