AZ

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycanın milli parklarının yerləşdiyi bölgələrdə istirahət günlərində - martın 15-16-da ziyarətçiləri günəşli və əlverişli hava şəraiti gözləyir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Abşeron Milli Parkına səyahət edənləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Səhər və axşam saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 20-25° isti olacaq.

Göygöl Milli Parkında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 20-24° isti olacağı ehtimal edilir.

Şahdağ Milli Parkında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 17-22° isti olacağı ehtimalı var.

Altıağac Milli Parkında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 20-24° isti olacaq.

Samur-Yalama Milli Parkında əsasən yağmursuz və günəşli hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-12°, gündüz 27-29° isti olacağı bildirilir.

Şirvan Milli Parkında da ziyarətçiləri sabit, yağmursuz və günəşli hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11°, gündüz 25-27° isti olacaq.

Ağgöl Milli Parkında sabit, əsasən yağmursuz hava proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 23-26° isti olacağı gözlənilir.

Qızılağac Milli Parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 20-23° isti olacağı proqnozlaşdırılır.

Hirkan Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 20-24° isti olacağı bildirilir.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında əsasən yağmursuz və günəşli hava şəraiti proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 20-25° isti olacağı gözlənilir.

 

Seçilən
67
25
azertag.az

10Mənbələr