Yazın əvvəlindən Amerika valyutası sürətlə ucuzlaşmağa başlayıb və son 4 ayın ən aşağı nöqtəsinə çatıb. Martın 14-nə dolların məzənnəsi 0,921 avro olduğu halda, fevralın 28-də 0,96 avro olub.
HİT.az xəbər verir ki, bu barədə UNIAN-ın məqaləsində deyilir.
ICU qrupunun korporativ təhlil departamentinin rəhbəri Oleksandr Martinenko izah edib ki, dolların avroya nisbətdə dəyəri ona görə azalır ki, investorlar Trampın absurd siyasəti fonunda Amerika iqtisadiyyatının əhəmiyyətli dərəcədə zəifləməsindən ehtiyat edirlər.
"Bu qorxular, ilk növbədə, ABŞ-ın ticarət siyasətində çətin proqnozlaşdırılan kəskin hərəkətlərindən qaynaqlanır. Yüksək qeyri-müəyyənlik investorların və biznesin etimadını sarsıdır və iqtisadiyyata ABŞ-ın və onun ticarət tərəfdaşlarının tariflərinin faktiki artımından daha böyük ziyan vura bilər", deyə şərhində bildirib.
Martinenkonun sözlərinə görə, lakin ümumilikdə bu o demək deyil ki, Avrozona iqtisadiyyatı ABŞ iqtisadiyyatından daha az problemlə üzləşir:
"Emosional vəziyyətin pisləşməsinə baxmayaraq, ABŞ iqtisadiyyatı kifayət qədər yaxşı vəziyyətdə qalır. Dolların zəifləməsi bir müddət davam edə bilər, lakin artıq onun həddindən artıq irəli getdiyinə inanmaq üçün əsaslar var".
Samir