AZ

Kanada ABŞ-yə cavab tədbirləri hazırlayır - 30 milyardlıq sanksiya

Kanada bu gün ABŞ Prezidenti Donald Trampın polad və alüminium tariflərinə cavab olaraq 29,8 mlrd. Kanada dolları (təxminən 21,9 mlrd. ABŞ dolları) dəyərində cavab tarifləri elan edəcək. 

Valyuta.Az xəbər verir ki, bu barədə "Reuters"ə adının açıqlanmasının istəməyən hökumət rəsmisi məlumat verib.

Qeyd edək ki, Trampın polad və alüminium idxalına tətbiq etdiyi artırılmış tariflər bu gün qüvvəyə minib. Əvvəllər mövcud olan istisnalar, gömrük rüsumlarından azad kvotalar və məhsul istisnaları qüvvədən düşüb. Trampın qlobal ticarət qaydalarını ABŞ-ın xeyrinə dəyişmək cəhdi isə sürət qazanır.  

Kanada, ABŞ-nin ən böyük xarici polad və alüminium tədarükçüsüdür.  

ABŞ-Kanada ticarət müharibəsinin gərginləşdiyi bir vaxtda baş nazir Castin Trüdo bu həftə hakim "Liberallar"ın bazar günü keçirilən liderlik yarışında qalib gələn Mark Karniyə vəzifəsini təhvil verməyə hazırlaşır.  

Bazar ertəsi Karni bildirib ki, o, yalnız baş nazir kimi and içdikdən sonra Tramp ilə danışa biləcək. Tramp isə yenidən sosial mediada Kanadanın "sevimli 51-ci ştatımıza çevrilməsini" istədiyini yazıb.  

Rəhim

Seçilən
10
46
valyuta.az

10Mənbələr