AZ

ABŞ-ın ticarət naziri: "Tariflər tənəzzülə səbəb olsa belə, buna dəyər"

ABŞ-ın ticarət naziri Hovard Lutnik tənəzzülə səbəb olsa belə, tarifləri tətbiq etməyə çağırıb. 

Hİt.az xəbər verir ki, nazir "CBS News" telekanalına müsahibəsi zamanı yaranmış vəziyyəti şərh edib.

Onun sözlərinə görə, Amerika prezidenti Donald Tramp administrasiyasının müvafiq siyasəti ölkədə indiyədək baş vermiş ən mühüm hadisədir.

Tariflər tətbiq olunarsa, tənəzzül ehtimalını qiymətləndirən Latnik "Buna dəyər" deyib.

Eyni zamanda, nazir Ağ Evin keçmiş rəhbəri Co Bayden və komandasının iqtisadi siyasətini tənqid edib. Nazir deyib ki, tənəzzül təhlükəsi məhz ABŞ-ın əvvəlki administrasiyasının hərəkətləri ucbatından yaranıb.

"Tarif siyasəti gəlir gətirir. Bu, iqtisadi artımı təmin edir, fabriklər tikilir", deyə o əlavə edib.

Fevralın 26-da Tramp Avropa İttifaqına (Aİ) üzv ölkələrdən gələn mallara 25% rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Ağ Ev belə bir qərarın qəbul ediləcəyini tezliklə elan etməlidir, dövlət başçısı qeyd edib. Daha sonra Aİ cavab tədbirləri görəcəyini vəd edib. Onların aprelin ortalarında qüvvəyə minməsi gözlənilir.

Samir
 

Seçilən
5
46
hit.az

10Mənbələr