AZ

Messi Argentina yığmasından kənarda qalıb

"İnter Mayami"nin hücumçusu Lionel Messi martda keçiriləcək DÇ-2026-nın seçmə mərhələsi üçün Argentina millisinin son 37 nəfərlik heyətindən kənarda qalıb. 

Demokrat.az xəbər verir ki, siyahı  milli komandanın rəsmi saytında dərc olunub.

37 yaşlı futbolçunun zədə səbəbindən martda keçiriləcək dünya çempionatının 
seçmə oyunlarını buraxacağı bildirilir.

Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının, Argentina ilə 2022 Dünya Kubokunun, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə "Qızıl top"u qazanıb.


Əfsanə Kamal 
Demokrat.az
Seçilən
14
1
demokrat.az

7Mənbələr