AZ

Messi Argentina millisinə ÇAĞIRILMADI

Argentina milli komandasının "DÇ-2026"nın seçmə mərhələsində Uruqvay və Braziliya yığmaları ilə keçiriləcək oyunları üçün heyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, 26 futbolçunun yer aldığı siyahıda ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi yer almayıb. 37 yaşlı idmançının baldır nahiyəsindən zədələndiyi bildirilir.

Qeyd edək ki, Argentina martın 22-də səfərdə Uruqvayla, 26-da isə evdə Braziliya ilə qarşılaşacaq. /Teleqraf 

Milli.Az

Seçilən
12
1
milli.az

7Mənbələr