ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi Argentina milli komandasının heyətindən kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu dünya çempionatının seçmə mərhələsində bir neçə gün sonra Braziliya və Uruqvay yığmalarına qarşı forma geyinməyəcək.
Bəzi KİV nümayəndələrinin məlumatına görə, buna səbəb Messinin ayaq əzələsindən zədələnməsi olub. Onun zədəsi dünən MLS-də "Atlanta Yunayted"ə qarşı matçdan (2:1) sonra aşkarlanıb.
Qeyd edək ki, Messi dünya çempionatının cari seçmə mərhələsinin 9 oyununda iştirak edib, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.