1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Neftçi"nin keçmiş qapıçısı Çingiz İsmayılovun səhhətində problem yaranıb. AFFA-nın ilk baş katibi kimi adını tarixə yazmış sabiq funksioner hazırda xəstəxanaya yerləşdirilib.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır. Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilir.
AFFA-nın yeni rəhbərliyi İsmayılovun sağlıq durumuna həssas yanaşır. Federasiya tərəfindən tibb müəssisəsi ilə əlaqə saxlanılıb, müalicə prosesinin yüksək səviyyədə aparılması üçün dəstək göstərilib. 
