AZ

Çingiz İsmayılov xəstəxanaya yerləşdirildi - FOTO

“Neftçi”nin keçmiş qapıçısı Çingiz İsmayılovun səhhətində problem yaranıb.

Bakıvaxtı.az Sportinfo.az-a istinadən xəbər verir ki, AFFA-nın ilk baş katibi kimi adını tarixə yazmış sabiq funksioner hazırda xəstəxanaya yerləşdirilib.

Aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır. Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilir.

AFFA-nın yeni rəhbərliyi İsmayılovun sağlıq durumuna həssas yanaşır.

Federasiya tərəfindən tibb müəssisəsi ilə əlaqə saxlanılıb, müalicə prosesinun yüksək səviyyədə aparılması üçün dəstək göstərilib.

 

 

Seçilən
1
6
bakivaxti.az

8Mənbələr