AZ

"Neftçi"nin sabiq qolkiperi səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib

"Neftçi"nin keçmiş qapıçısı Çingiz İsmayılovun səhhətində problem yaranıb. AFFA-nın ilk baş katibi kimi adını tarixə yazmış sabiq funksioner hazırda xəstəxanaya yerləşdirilib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır. Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilir.

AFFA-nın yeni rəhbərliyi İsmayılovun sağlıq durumuna həssas yanaşır. Federasiya tərəfindən tibb müəssisəsi ilə əlaqə saxlanılıb, müalicə prosesinin yüksək səviyyədə aparılması üçün dəstək göstərilib.

İdman.biz

Seçilən
1
6
idman.biz

8Mənbələr