“Neftçi”nin keçmiş qapıçısı Çingiz İsmayılovun səhhətində problem yaranıb.
AFFA-nın ilk baş katibi kimi adını tarixə yazmış sabiq funksioner hazırda xəstəxanaya yerləşdirilib.
Aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır. Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilir.
AFFA-nın yeni rəhbərliyi İsmayılovun sağlıq durumuna həssas yanaşır.
Federasiya tərəfindən tibb müəssisəsi ilə əlaqə saxlanılıb, müalicə prosesinun yüksək səviyyədə aparılması üçün dəstək göstərilib.
Sportinfo.az
Tarix: 18 Mart 2025, 10:38