RT (Russia Today) yazır ki, ABŞ Almaniyadakı hərbi bazalarından Ermənistana yüzlərlə texnika daşımaq niyyətindədir. Daşınma Gürcüstan üzərindən həyata keçiriləcək. Çünki Rusiya, Türkiyə və Azərbaycan üzərindən belə bir işə razılıq almaq çətindir...
Almaniyanın Dülmen hərbi bazasından Ermənistanın Çar hərbi bazasına daşınma iyulun 16-sı başlayacaq və avqustun 7-nə kimi davam edəck.
Nəqliyyat vasitələri ilə yanaşı generatorlar, xüsusi konteynerlər də daxil olmaqla ümumilikdə 151 texnikanın daşınması planlaşdırılır.
ABŞ ordusu Ermənistanın hərbi bazasında Afrika donuz qripindən təmizlənməsi məqsədi ilə nəqliyyat vasitələrinin yuyulması və dezinfeksiya edilməsi kimi xüsusi xidmətlər sifariş edir...
Donuz qripi! Bu da təzə söhbətdir. Amerika nədən Ermənistana bu qədər texnika göndərir? Məncə, ABŞ Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsinə imkan vermək istəmir. Ancaq Rusiyanı belə şeylərlə durdurmaq olarmı? Çətin məsələdir...
P.S Amerika Ukraynanın ehtiyacı olan silahı Ermənistana göndərir. O gün İlham Əliyev də çıxışnda bu məqama üstü örütülü də olsa, toxundu .
Elbəyi Həsənli
visiontv.az