AZ

ABŞ Almaniyadakı hərbi bazasını niyə Ermənistana köçürür? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ABŞ ordusu Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara yüzlərlə texnika və maşın köçürməyi planlaşdırır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Amerika Birləşmiş Ştatlarının Ermənistana hərbi texnika göndərməsi məsələsi yeni məsələ deyil.

"Co Baydenin hakimiyyətinin sonlarına doğru Nikol Paşinyan hökuməti Bayden administrasiyası ilə ABŞ-Ermənistan arasında strateji əməkdaşlıq haqqında müqaviləni imzalamışdı. ABŞ və Ermənistan strateji tərəfdaşdır. Strateji əməkdaşlıq səviyyəsində münasibətləri var. Həmin müqavilədə ABŞ-nin Ermənistana hərbi dəstək göstərməsi məsələsi qeyd olunmuşdu. Burada əsas məsələ Ermənistan sərhədlərinin təhlükəsizliyinin qorunmasıdır. Məlum olduğu kimi, Ermənistan müstəqillik qazandıqdan sonra bəlkə də dünyada tək-tük müstəqil ölkələrdən biridir ki, öz sərhədlərini özü mühafizə etmək istəmir. Bu işi əvvəllər Sarkisyan qrupu hakimiyyətdə olarkən Rusiya vasitəsi ilə həyata keçirirdilər. Məhz Ermənistanın qonşu dövlətlərlə sərhədlərini Rusiya hərbiçiləri qoruyurdu. Artıq Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyanın hərbiçilərinin Ermənistandan çıxarılması təşəbbüslərini həyata keçirməyə başladı. Artıq bildirdi ki, biz öz sərhədlərimizi özümüz qoruya bilərik. Ancaq daha sonra ABŞ ilə müqaviləni bağlayaraq belə bir addım atdı. Burada nəzərdə tutulur ki, ABŞ-nin sərhəd patrul dəstələrinin Ermənistana göndərilməsi məsələsi öz əksini tapmışdı. ABŞ də, Tramp administrasiyası da bu müddət ərzində bu işi həyata keçirmirdi. Bu, Ermənistanda da narazılıq yaradırdı. Erməni mediasında müxtəlif tənqidlər səsləndirilirdi", - deyə o qeyd etdi.

zeynal

Politoloq bildirdi ki, artıq ABŞ Almaniyadan Ermənistana hərbi texnika köçürməyə başlayıb:

"Rəsmi Berlin bir müddətdir ki, ABŞ ilə bu haqda danışıqlar aparır ki, hərbi bazanın bir hissəsi ölkə ərazisindən köçürülsün. Çünki Almaniyada ABŞ-nin hərbi varlığından narazıdırlar. Məlum olduğu kimi, Trampın son siyasəti ilə bağlı Avropa ölkələri ilə ABŞ arasındakı münasibətlər gərginləşib. Bu gərginliyin ən böyük payı da Berlinlə yaşanır. Vaşinqton-Berlin münasibətləri hal-hazırda çox gərgindir. Çünki Avropada Çinin əsas tərəfdaşı Almaniyadır. Bu da ABŞ-nin ciddi narazılığına səbəb olur. Bu səbəbdən ABŞ-Almaniya münasibətlərində müəyyən qədər soyuqluq var. Almaniyadan Ermənistana silah göndərilməsi məhz bununla bağlıdır. ABŞ müəyyən qədər hərbi kontingenti Ermənistana göndərəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
1
50
redaktor.az

10Mənbələr