“Aztelekom” MMC-nin Şimal-şərq regional filialına yeni müdir təyin edilib.
Ölkə.az xəbər verir ki, bu barədə "APA-Economics"un sorğusuna cavab olaraq "Aztelekom"dan bildirilib.
Məlumata görə, bu vəzifənin icrası Rövşən Məmmədova həvalə edilib.
Qeyd edək ki, R.Məmmədov həmçinin “Aztelekom”un Dağlıq Şirvan regional filialının müdiridir.
R.Məmmədovdan öncə qurumun Şimal-şərq regional filialının müdiri Nazim Əliyev olub. N.Əliyev hazırda "Aztelekom"a məxsus "Azərrabitəlayihə" MMC-nin direktorudur.