“Aztelekom” MMC-nin Şimal-şərq regional filialına yeni müdir təyin edilib.
FED.az xəbər verir ki, bu barədə "Aztelekom"dan bildirilib.
Məlumata görə, bu vəzifənin icrası Rövşən Məmmədova həvalə edilib.
Qeyd edək ki, R.Məmmədov həmçinin “Aztelekom”un Dağlıq Şirvan regional filialının müdiridir.
R.Məmmədovdan öncə qurumun Şimal-şərq regional filialının müdiri Nazim Əliyev olub. N.Əliyev hazırda "Aztelekom"a məxsus "Azərrabitəlayihə" MMC-nin direktorudur. (Apa)