AZ

Keçmiş nazir "Aztelekom"da iki filiala rəhbərlik edəcək - Yeni təyinat

“Aztelekom” MMC-nin Şimal-şərq regional filialına yeni müdir təyin edilib.

Bu barədə "APA-Economics"un sorğusuna cavab olaraq "Aztelekom"dan bildirilib.

Məlumata görə, bu vəzifənin icrası Rövşən Məmmədova həvalə edilib.

Qeyd edək ki, R.Məmmədov həmçinin “Aztelekom”un Dağlıq Şirvan regional filialının müdiridir.

R.Məmmədovdan öncə qurumun Şimal-şərq regional filialının müdiri Nazim Əliyev olub. N.Əliyev hazırda "Aztelekom"a məxsus "Azərrabitəlayihə" MMC-nin direktorudur.

Qeyd edək ki, Rövşən Məmmədov 2020-ci ilin mart ayına qədər Naxçıvan MR-nın rabitə və yeni texnologiyalar naziri olub.

Seçilən
16
6
apa.az

7Mənbələr