AZ

“Aztelekom”da bir şəxs iki filiala rəhbərlik edəcək

Aztelekom MMC-nin Şimal-şərq regional filialına yeni müdir təyin edilib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu vəzifənin icrası Rövşən Məmmədova həvalə edilib.

Qeyd edək ki, R.Məmmədov həmçinin “Aztelekom”un Dağlıq Şirvan regional filialının müdiridir.

R.Məmmədovdan öncə qurumun Şimal-şərq regional filialının müdiri Nazim Əliyev olub. N.Əliyev hazırda “Aztelekom”a məxsus Azərrabitəlayihə MMC-nin direktorudur.

Seçilən
10
6
konkret.az

7Mənbələr