AZ

“Qol vurmaq bizə çətin başa gəlir” - Deyir, bilmirəm

“Qol vurmaq bizə çətin başa gəlir”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın özbəkistanlı legioneri Umarali Raxmonaliyev səfərdə “Sumqayıt”la 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra deyib.

22 yaşlı vinger asan qollar buraxdıqlarını bildirib:

“Oyun çox maraqlı alındı. Hər iki komanda hücum futbolu oynadığı üçün qapılara 6 top vuruldu.

Qol vurmaq bizə çətin başa gəlir, amma qapımızdan çox asan toplar buraxırıq.

Oyuna baxsaq, “Sumqayıt”ın elə də çox imkanının olmadığını görərik. 3 qolu necə vurdular, bilmirəm”.

“Sabah” Umarali Raxmonaliyevi qış transfer pəncərəsində Rusiya “Rubin”indən icarəyə götürüb. O, cari mövsüm ərzində meydana çıxdığı 9 oyunda 2 qol vurub.

Seçilən
20
49
sportinfo.az

10Mənbələr