AZ

Azərbaycanlı qadın təyinat aldı - B Liqasını idarə edəcək

FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinatını alıb.

Sportinfo.az xəbər verir ki, o, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.

Azərbaycanlı referi II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq.

FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qrupun oyunları Moldovada təşkil olunacaq.

Seçilən
72
35
sportinfo.az

10Mənbələr