Norveç Liqasında keçirilən “Brune” – “Bodo Qlimt” matçından sonra maraqlı anlar yaşanıb.
Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, “Brune”nin qapıçısı Jan de Bur komandasının 1:0 hesabı ilə uduzmasına baxmayaraq, performansına görə matçın ən yaxşı oyunçusu seçilib.
Yeni klubunda debüt matçına çıxan qapıçı üç seyv edib və oyunun 55-ci dəqiqəsində penalti zərbəsini çıxarıb.
Qolkiperə mükafat olaraq 4 qutu yumurta təqdim olunub.