AZ

“Qol yağışı” və ya Azərbaycanda 2025-ci ilin rekordu

Azərbaycan Premyer Liqasının 28-ci turunda 18 qol vurulub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Sabah” (3:3) oyununda 6, “Turan Tovuz” – “Qarabağ” (1:4) matçında 5, “Zirə” – “Şamaxı” (3:0) görüşündə üç qol qeydə alınıb.

“Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.

Turun orta məhsuldarlığı 3,60-a bərabərdir. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. 10-cu turda da 18 qol qeydə alınıb.

Mövsümün rekordu isə 19 topun vurulduğu VIII tura məxsusdur. 28-ci tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.

Seçilən
72
49
sportinfo.az

10Mənbələr