Əvəzedicilər Liqasında 28-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. Həm “Kəpəz-2” – “Səbail-2”, həm də “Zirə-2” – “Şamaxı-2” matçında 2:5 hesabı qeydə alınıb.
“Kəpəz-2” – “Səbail-2” 2:5
Qollar: Nihat Fərəci, 16-pen. Cavad Kərimov, 65 – Rəvan Abasov, 24. Məmməd Əhmədov, 40; 85. Bəhram Köçərli, 54-pen. Hacıəli Şirəliyev, 57.
“Zirə-2” – “Şamaxı-2” 2:5
Qollar: Şahmar Aşurov, 29. Rauf Qafarov, 89 – Vüsal Məsimov, 12. Yusif Hacıyev, 42-öz qapısına. Murad Vəliyev, 44; 82. Fəxri Məmmədli, 85.