AZ

Premyer Liqa: “Zirə” evdə heç vaxt yenmədiyi “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024-2025-ci illər mövsümünün 21-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında “Zirə” lider “Qarabağ”ı qəbul edəcək. Zirə İdman Kompleksində baş tutacaq qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.

“Zirə” ilə “Qarabağ” indiyə qədər 37 oyunda qarşılaşıblar. Bu oyunlarda qəsəbə təmsilçisi 1 qələbə qazana bilib. 11 oyun bərabərliklə yekunlaşdığı halda Ağdam təmsilçisi 25 qələbəyə sevinib. Top fərqində də böyük fərq var – 18:77. “Qarabağ” bu rəqibi ilə son 5 oyunda xal itirməyib. “Zirə” isə evdə “Qarabağ”a heç vaxt qalib gələ bilməyib. Bir sözlə, Rəşad Sadıqovun komandası üçün bu gün tarixi bir qələbə qazanmaq şansı var. Amma bir neçə gün öncə Avropa Liqasının Liqa mərhələsində Yunanıstan “Olimpiakos”una məğlub olmuş (0:3) “Qarabağ” həmin yenilgini unutdurmaq üçün Zirədə mütləq qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, hazırda “Qarabağ” 50 xalla zirvədə, “Zirə” isə 36 xalla 3-cü pillədə qərarlaşıb.

Premyer Liqa
21-ci tur

31 yanvar

“Kəpəz” – “Sabah” 3:2
Qollar: Mahamadu Ba, 11. Əli Səmədov, 54. Rauf Hüseynli, 64-pen – Pavol Şafranko, 6. Jesse Sekidika, 45+4.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu. Saat 16:00.

“Neftçi” – “Şamaxı” 1:0
Qol: Emin Mahmudov, 45+4-pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Neftçi Arena”. Saat 18:30.

1 fevral

“Turan Tovuz” – “Səbail” 1:1
Qollar: Aleks Serrano, 29 – Madi Keta, 82.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu. Saat 16:00.

“Sumqayıt” – “Araz-Naxçıvan” 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 18:30.

2 fevral

“Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksi. Saat 19:00.

Seçilən
209
1
arena.az

10Mənbələr