AZ

Ankara Esenboğa hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 1 milyon 91 min 106 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 11 faiz artaraq, 828 min 354 nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 262 min 752 nəfər təşkil edib.

2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 10 min 595 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 6 min 629 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz artaraq, 3 min 966 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 7 faiz artaraq, 8 min 76 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 5 min 930, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 2 min 146 olub.

2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə 365 min 389 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Seçilən
26
27
turkic.world

10Mənbələr