AZ

Bullinqə məruz qalan şagird özünü öldürdü

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Azreform.info Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib.

Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
16
azreform.info

10Mənbələr