AZ

Rusiya böyük müharibəyə başlaya bilər

Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidməti (DTKX) iddia edib ki, Ukraynada müharibə bitərsə, yaxud dondurularsa və NATO bu prosesdə kifayət qədər silahlanmasa, Rusiya 5 il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər.

DTKX paylaşdığı kəşfiyyat hesabatında Rusiyanın son illərdə həm hərbi texnikasını modernləşdirmək imkanlarını, həm də hərbi texnika istehsalını əhəmiyyətli dərəcədə artırdığı vurğulanaraq, “Bu gün Rusiya xüsusilə xaricdən aldığı maliyyə və maddi dəstək sayəsində NATO-ya qarşı yenidən silahlanma üçün resurslar yarada bilər”, – deyilir.

***

Hesabatda hazırda Danimarkaya “hərbi hücum” təhlükəsinin olmadığı, lakin Rusiyanın regionun ən böyük hərbi gücü olduğu və Rusiya prezidenti Vladimir Putinin bu tituldan imtina etməyə üstünlük verməyəcəyi qeyd edilib.

Moskvanın materikinin şimalındakı dəniz bölgələri üzərində nəzarəti ələ keçirmək istədiyinə diqqət çəkən hesabatda, “Rusiyanın Şimal qütbünə qədər hər yerə nəzarət etmək istəməsi mümkündür. Rusiyanın 2022-ci il dəniz doktrinası, ölkənin şimalında maraqlarını müdafiə etmək üçün hərbi güc də daxil olmaqla, bütün vasitələrdən istifadə etmə ehtimalını ortaya qoyur” ,­– bildirlir.

Hesabatda deyilir ki, Moskva Qrenlandiya və Farer adalarını Avropadakı münaqişəyə cəlb etməyəcək, yəni Rusiyanın regiondakı strateji maraqları onun Avropa ilə deyil, ABŞ-la münasibətləri ilə bağlıdır.

***

Rusiyanın özünü Qərblə konfliktdə gördüyünü və NATO ilə müharibəyə hazırlaşdığını irəli sürən hesabatda, “Bu, belə bir müharibəyə başlamaq üçün qərarın verildiyi anlamına gəlmir, lakin Rusiya silahlanır və bu qərarı vermək üçün potensial yaradır. Əgər Rusiya NATO-nu hərbi cəhətdən zəifləmiş və ya siyasi olaraq bölünmüş kimi qəbul edərsə, yəqin ki, bir və ya daha çox Avropa ölkəsinə qarşı hərbi güc tətbiq etməyə daha çox razı olacaq”, – qeyd olunur.

Seçilən
9
50
vaxt.az

10Mənbələr