AZ

Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb

İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədəaktrisanın qızı Nigar Tofiqqızı məlumat verib.

O bildirib ki, anasının müalicəsi davam etdirilir.

"Dünən xəstəxanadan çıxmışıq. Çox şükür, anam indi özünü daha yaxşı hiss edir", - deyə o bildirib.

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.

Mənbə: oxu.az

Seçilən
23
7
oxu.az

10Mənbələr