Premyer Liqanın XXIII turunun “Neftçi” – “Qarabağ” oyunu keçirilib.
Heftelik.az-ın məlumatına görə, “köhlən atlar”ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
Beləliklə, “Neftçi Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.