AZ

Naxçıvanda vergi xidmətləri 78,1% artıb

2025-ci ilin yanvar ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 5.550 şəxs qəbul edilib.

Finss.az xəbər verir ki, Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim olunması, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 8.228 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz çoxdur.

Ümumi xidmətlərin 95 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asanİmza sertifikatının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar ayında vergi ödəyicilərinə 177.774 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Ay ərzində vergi ödəyiciləri ilə 6 görüş keçirilib, 43 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 318 müraciət üzrə 550 Asan İmza sertifikatı verilib.

Seçilən
25
7
fins.az

10Mənbələr