AZ

İsrail Suriyanın cənubunda hava zərbəsi endirdiyini bildirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda hava hücumuhəyata keçirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuatxidməti bildirib.

Hücumun hədəfinin Suriyanın sabiq prezidenti Bəşər Əsəd dövründəSuriya silahlı qüvvələrinin istifadə etdiyi silahlar olduğubildirilib.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyanıncənubundakı Saasa bölgəsində köhnə Suriya rejiminə məxsus silahlarahücum edib", - deyə bildirilib.

Hərbçilər hansı silahların vurulduğunu dəqiqləşdirməyiblər.“İsrail ordusu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradanqaldırmaq üçün fəaliyyət göstərməyə davam edəcək", - deyə əlavəolunub.

Seçilən
109
48
az.trend.az

10Mənbələr