AZ

"Haber Global": Türkmənistan qazının tədarükü Ankaranın TDT ilə münasibətlərini dərinləşdirəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Haber Global" televiziya kanalında yayımlanan videosüjetdə Türkmənistan qazının Türkiyəyə tədarükü nəticəsində qardaş ölkənin enerji təminatında bölgədə və dünya miqyasında qazanacağı üstünlüklərdən bəhs olunub.
Oxu.Az xəbər verir ki, sözügedən enerji sazişi ilə bağlı Türkiyə Milli Kəşfiyyat Akademiyasının doktoru Muhammet Koçakın "Türkmənqaz anlaşması: Türkiyənin enerji mərkəzi olması yolunda yeni bir addım" adlı məqaləsi yayımlanıb.
"Türkmənistanla imzalanan təbii qaz sazişi Ankaranın enerji təminatını möhkəmləndirməklə bərabər, Türkiyənin xarici siyasətdə yeni imkanlar əldə etməsinə zəmin yaradacaq. Üstəlik, bu saziş Ankaranın Türk Dövlətləri Təşkilatı (TDT) ilə iqtisadi və siyasi münasibətlərini daha da dərinləşdirəcək", - Muhammet Koçak yazısında qeyd edib.
Məlumat üçün əlavə edək ki, martın 1-dən Türkiyə Mərkəzi Asiyanın zəngin qaz ölkəsi olan Türkmənistandan qaz idxalına başlayacaq. Bununla bağlı "BOTAŞ" və "Türkmənqaz" arasında türkmən qazının Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub. Türkmənistan qazının İran üzərindən Türkiyəyə svop sxemi ilə nəqli nəzərdə tutulur. Təbii qazın Türkiyəyə tədarükü sutkada 28 milyon kubmetr qazötürmə qabiliyyətinə malik İran-Türkiyə boru kəmərinin istifadə edilməyən gücü hesabına təmin olunacaq.
Seçilən
50
50
oxu.az

10Mənbələr