AZ

“Tramp hələlik Cənubi Qafqaza diqqət yetirmir...” - Metu Brayza

Yazını böyüt
Yazını kiçilt

“Trampın indi sadəcə olaraq Cənubi Qafqazla bağlı siyasəti yoxdur, buna, ümumiyyətlə, fikir vermir”.

Hafta.az xəbər verir ki, bunu rusdilli Vesti.az -a müsahibəsində ABŞ-nin Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

“Mən 100 faiz əminəm ki, yeni siyasət yoxdur, bu da Baydenin siyasətinin davam edəcəyi deməkdir. Lakin ABŞ - Rusiya münasibətlərində ciddi dəyişikliklər baş verərsə , Vaşinqtonun Ermənistana münasibəti də dəyişə bilər .​​​ Paşinyan ölkəni Rusiyanın təsirindən uzaqlaşdırmaq və Qərbə yaxınlaşmaq istəyini ifadə etdiyi üçün Bayden və Avropa İttifaqı həqiqətən də Ermənistanla münasibətləri gücləndirib . Ona görə də Ermənistan belə dəstək aldı. Təbii ki , bu, böyük ölçüdə Rusiyaya qarşı yönəlmiş siyasət idi . Amma əgər Tramp Moskva ilə münasibətləri yaxşılaşdıra bilsə, Vaşinqton Ermənistanla bağlı siyasətinə də düzəliş edə bilər. Amma indi, dediyim kimi, tamamilə proqnozlaşdırılmayan bir vəziyyətdir", - Brayza belə hesab edir.

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı sualı cavablandıran amerikalı diplomat deyib ki, o  Tramp və onun komandasını bu məsələyə müdaxilə etməin vacib olduğuna inandırmağa çalışır .

“Əgər Tramp sülh yaratmaq istəyirsə, bu, onun üçün əla fürsətdir. Biz bilirik ki, hər iki tərəf razılığa yaxındır, lakin Paşinyan ciddi siyasi müqavimətlə üzləşir. Ümid edirəm ki, Tramp bu işə öz töhfəsini vermək istəyəcək. Baxaq, görək. Hələlik o, Vaşinqtonda öz hakimiyyətini möhkəmləndirməyə diqqət yetirir və Ukrayna ilə Rusiya arasında sülhü prioritet hesab edir”, -deyə diplomat diqqətə çatdırıb.

Seçilən
20
2
hafta.az

10Mənbələr