AZ

Zaxarova: "Rusiya Ukrayna danışıqlarına ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Ukrayna üzrə danışıqlar üçün ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir və ondan sonra öz nümayəndəsini təyin edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Sülh yolu ilə nizamlanma məsələsinə gəlincə, bu, kompleks bir məsələdir və detalların ekspertlər səviyyəsində müzakirə edilməsi tələb olunur. Biz hələ də ABŞ administrasiyasının danışıqlar prosesinə başlamaq üçün rəsmi nümayəndə təyin etməsini və danışıqları aparan şəxslərdən ibarət komandanın formalaşmasını gözləyirik", - diplomat qeyd edib.
Seçilən
15
50
oxu.az

10Mənbələr